Siyasət

XİN rəhbərləri ABŞ və İran rasında əldə olunmuş razılaşmanı müzakirə ediblər

18 İyun 2026 20:26
Baxış: 321

İyunun 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı zamanı Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşma ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Pakistan İslam Respublikasının danışıqlar prosesində oynadığı mühüm vasitəçilik rolu ölkəmiz adından təqdir olunub, xüsusilə Pakistanın Baş naziri cənab Şahbaz Şərifin, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın, eləcə də Müdafiə Qüvvələri Rəisi feldmarşal Asim Munirin şəxsi töhfələrinin danışıqların uğurla yekunlaşmasında əhəmiyyətli rol oynadığı vurğulanıb. Həmçinin, prosesə dəstək göstərən digər regional tərəfdaşların töhfələri məmnunluqla qeyd edilib.

Tərəflər əldə olunmuş razılaşmanın regionda gərginliyin azaldılmasına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və diplomatik həll yollarının təşviqinə xidmət etdiyini qeyd ediblər.

Nazir Ceyhun Bayramov növbəti mərhələdə hərtərəfli razılaşmanın əldə olunması istiqamətində aparılacaq danışıqların davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.