Zidanın oğlunun maska ilə oynamasının səbəbi məlum olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1998-ci ildə Fransa milli komandasının tərkibində dünya çempionu olan Zinəddin Zidanın oğlu Luka Zidan Dünya Çempionatında debüt matçı keçirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 28 yaşlı qapıçı Əlcəzair milli komandasında oynayır, o, 2025-ci ilin sentyabrında idman vətəndaşlığını dəyişib.
Əlcəzair 2026-cı il Dünya Çempionatının ilk matçında Argentinaya 0:3 hesabı ilə məğlub olub. Zidan Lionel Messinin üç qolunu buraxıb, lakin hamının diqqətini qapıçının xüsusi qoruyucu maskada oynaması çəkib.
Məsələ burasındadır ki, İspaniya ikinci divizionunda "Qranada"da oynayan Zidan aprelin sonunda "Almeriya"ya qarşı matçda ciddi zədə alıb - çənəsi sınıb, həmçinin ağır beyin silkələnməsi alıb.
Onun 2026-cı il Dünya Çempionatında iştirakı sual altına düşüb, lakin Zidan turnirə qədər bərpa olunmağı bacarıb. Amma həkimlər ona yalnız üzünün bütün perimetrlərini örtən sərt qara maskada oynamağa icazə veriblər.
Zidan Əlcəzair milli komandasında özünün səkkizinci matçını keçirib və beş dəfə öz qapısını toxunulmaz saxlayıb.
Luka Zidan "Real Madrid"in yetirməsidir, eləcə də o, "Racinq" (Santander), "Rayo Valyekano" və "Eybar", Fransanın müxtəlif gənclər milli komandalarında oynayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Messinin atasının vəziyyəti ağırdır
-
Zidanın oğlunun maska ilə oynamasının səbəbi məlum olub
-
"Taşacak bu deniz"də gözlənilməz ayrılıq - (Foto)
-
İlanların aktivlik dövrü başladı: Evinizi və bağınızı sürünənlərdən necə qorumalı?
-
"Səbail"in yeni prezidenti açıqlandı
-
ABŞ və İran sazişi 48 saat ərzində imzalana bilər
-
Günün qoroskopu: Gözlənilməz mənbədən gəlir əldə edə bilərsiniz
-
Ronaldodan antirekord gəldi
-
Ölkə birinciləri oldular (Foto)
-
Obamanın qızlarının son görüntüsü - (Foto)
-
Portuqaliya Konqo DR ilə heç-heçə edib - Yenilənib
-
Mayklın həyat yoldaşının son halı – Foto
-
Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
-
İçərişəhərdə Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku – Azerbaijan Tango Festivalının təntənəli açılışı keçiriləcək
-
Yasamaldakı binaya dəyən ziyanın məbləği açıqlandı
-
Bakının 2 rayonunda qaz kəsiləcək - Yenilənib
-
ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
-
Paytaxt nəqliyyatında kart oxuyucular sıradan çıxdı — Rəsmi qurumdan açıqlama
-
Fərhad Mehdiyev qızının ölümündən danışdı: Nasaz maşını niyə sürürsən axı?!
-
Acunun klubunun xalları silinə bilər
-
Mertin yeni sevgilisi (Foto)
-
3 nəfər 400 bal toplayıb, 12 nəfər imtahandan kənarlaşdırılıb
-
Qəbul imtahanının nəticəsi açıqlandı





