Dünya

İstanbulda bələdiyyə rəsmisi oğurlanıb: 14 saatdır xəbər yoxdur

18 İyun 2026 17:50
Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İstanbulda Culture Inc. şirkətinin baş direktor müavini Erhan Karaal naməlum şəxslər tərəfindən qaçırılıb.

Türkiyə mətbuatının məlumatına görə, hadisə Maltepe rayonunda, Karaalın yaşadığı evin qarşısında baş verib.

Bildirilir ki, o, avtomobilinin yanında olduğu vaxt başqa nəqliyyat vasitəsindən düşən 3 nəfərin hücumuna məruz qalıb. Daha sonra döyülərək zorla avtomobilə mindirildiyi təhlükəsizlik kameralarına da düşüb.

Hadisədən sonra təxminən 14 saat keçməsinə baxmayaraq, Erhan Karaaldan hələ də xəbər yoxdur.

Hüquq-mühafizə orqanları onun tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir, faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.