Ermənistan

Köçəryan ölkədən qaçarkən saxlanıldı

14 İyun 2026 23:02
Baxış: 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistanda siyasi gərginlik fonunda sabiq prezident Robert Köçaryanla bağlı diqqətçəkən məlumat yayılıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçaryanın Zvartnots hava limanından ölkəni tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq ölkədən çıxışına icazə verilməyib.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə hələlik rəsmi açıqlama verilməyib.

Maraqlıdır ki, bir neçə saat əvvəl Köçaryanın ofisi onun üç günlük müddətə ölkədən getdiyini açıqlamışdı. Açıqlamada səfərin şəxsi xarakter daşıdığı qeyd olunurdu.

Lakin daha sonra Ermənistan mediasında yayılan məlumatlarda sabiq prezidentin Zvartnots hava limanında saxlanıldığı və ölkədən çıxışına icazə verilmədiyi bildirilib.

Qeyd edək ki, son günlər Ermənistanda parlament seçkilərinin nəticələri ətrafında ciddi siyasi gərginlik müşahidə olunur. Müxalifət qüvvələri seçkinin nəticələrinə etiraz edir, hakimiyyət isə nəticələrin qanuni olduğunu bildirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.