Restoranlarda yeni dövr başlayır: Masalarda artıq bunlar olmayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İttifaqı qablaşdırma tullantılarını azaltmağa yönəlmiş yeni qaydalar çərçivəsində restoran və kafelərdə istifadə olunan birdəfəlik sous paketlərini mərhələli şəkildə ləğv etməyə hazırlaşır. Yeni qaydalara əsasən, ketçup, mayonez, xardal, şəkər və bənzər məhsulların birdəfəlik qablaşdırmada təqdim edilməsinə məhdudiyyət qoyulacaq.
Milli.Az xəbər verir ki, bu qərar Aİ-nin Qablaşdırma və Qablaşdırma Tullantıları Reqlamenti (PPWR) çərçivəsində həyata keçirilir. Məqsəd plastik istifadəsini azaltmaq və təkrar istifadə edilə bilən servis üsullarını genişləndirməkdir. Yeni qaydaların 12 avqust 2026-cı il tarixində qüvvəyə minməsi planlaşdırılır. Bu tarixdən etibarən Avropa İttifaqı miqyasındakı restoran və kafelərdə, masada istehlak edilən yeməklər üçün birdəfəlik ketçup, mayonez və bənzər sous paketlərindən istifadə oluna bilməyəcək.
Paketlərin yerini yenidən doldurula bilən qablar alacaq
Yeni qaydalara görə, restoran, kafe və otellərdə masalarda yer alan birdəfəlik ketçup, mayonez, soya sousu, şəkər və bənzər məhsulların əvəzinə yenidən doldurula bilən sous qabları, şüşə qablar və ya təkrar istifadəyə yararlı qablar tətbiq ediləcək.
Aİ rəsmiləri bildirirlər ki, kiçik qablaşdırmaların istifadə müddəti çox qısa olsa da, onlar kifayət qədər böyük həcmdə tullantı yaradır. Bu tənzimləmə ilə müəssisələrin daha dayanıqlı servis üsullarına keçməsi hədəflənir.
Hər yerdə keçərli olmayacaq
Qaydaların mühüm istisnaları da var:
Qablaşdırılmış souslar paket servis (gəl al) və evə çatdırılma sifarişlərində istifadə edilməyə davam edə biləcək.
Bundan əlavə, xəstəxanalar və bəzi səhiyyə müəssisələri gigiyena səbəbindən bu qaydalardan azad tutula bilər.
Avropa İttifaqının məlumatlarına görə, qablaşdırmalar İttifaq daxilindəki ümumi plastik istifadəsini təxminən 40%-ni təşkil edir. Yeni qaydalar növbəti illərdə adambaşına düşən qablaşdırma tullantılarını azaltmağı nəzərdə tutan daha genişmiqyaslı ekoloji siyasətin bir hissəsi kimi dəyərləndirilir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
“Perihan”ın son halı - (Foto)
XƏBƏR LENTİ
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir





