Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəbələ və Şəki şəhərləri Azərbaycana səfər edən turistlər üçün Bakıdan sonra ən populyar istiqamətlərdir.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) İdarə Heyətinin sədri Tural Musayev məlumat verib.
T.Musayevin sözlərinə görə, bunun əsas səbəblərindən biri həmin şəhərlərdə nəqliyyat imkanlarının əlçatan olması və turizm infrastrukturunun - hotellərin, ictimai iaşə obyektlərinin, istirahət və əyləncə məkanlarının yüksək səviyyədə inkişaf etməsidir.
O, bildirib ki, turistlər Qəbələyə əsasən "Tufandağ" dağ-xizək kurortunda istirahət etmək, kanat yolu ilə gəzinti etmək, "Yeddi Gözəl" şəlaləsini ziyarət etmək, dağ mənzərələrindən zövq almaq və Vəndam kəndinə baş çəkmək üçün üz tuturlar.
ATGA rəhbəri qeyd edib ki, Şəki qədim İpək Yolunun mühüm dayanacaq məntəqələrindən biri olub. Burada qədim karvansaralar, məscidlər, məbədlər və sənətkar dükanları bu günədək qorunub saxlanılıb. Şəhərin XVIII əsrə aid Xan Sarayı ilə birlikdə tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Bundan əlavə, Şəki turistlərə məşhur Şəki paxlavasını və ənənəvi piti yeməyini dadmaq imkanı da təqdim edir.
T.Musayevin sözlərinə görə, hər iki şəhər müxtəlif festivalları ilə də turistlərin diqqətini cəlb edir. Qəbələdə hər il Beynəlxalq Musiqi Festivalı keçirilir. Festival çərçivəsində konsertlərin əksəriyyəti dağ və meşə mənzərələri fonunda, açıq havada təşkil olunur. Bundan başqa, şəhərdə məşhur Qəbələ Mürəbbə Festivalı da keçirilir.
Şəkidə isə hər il "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Festival çərçivəsində müxtəlif ölkələrdən gələn folklor kollektivləri öz sənətlərini nümayiş etdirirlər.
Musayev hesab edir ki, yaxın illərdə Naxçıvan da Azərbaycanın ən cəlbedici turizm istiqamətlərindən birinə çevrilə bilər. Onun sözlərinə görə, Quba rayonunda yerləşən və ölkənin ən ucqar, ən yüksək dağ kəndi sayılan Xınalıq, eləcə də İsmayıllı rayonunun İvanovka kəndi də turistlər arasında böyük maraq doğurur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
XƏBƏR LENTİ
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Xuraman da plastik əməliyyat etdirdi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Rusiyanın Xalq artisti səhnədən gedir





