Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman arasında telefon danışığı baş tutub.
Bu barədə Milli.Az-a XİN-dən məlumat verilib.
Nazir Ceyhun Bayramov Xəlilur Rəhmanı BMT Baş Assambleyasının 81-ci sessiyasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Onun bu nüfuzlu vəzifəyə seçilməsinin Banqladeşin beynəlxalq aləmdə artan rolunun göstəricisi olduğu vurğulanıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı qeyd ediblər.
Nazirlər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Bu çərçivədə, BMT, Qoşulmama Hərəkatı, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı nazirlər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyində duran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - (Video/Foto)
-
Əl-Casir Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir
-
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
XƏBƏR LENTİ
-
Pərəstu Əhmədiyə şallaq cəzası verildi
-
60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur - (Video)
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
BƏƏ-də uşaqlar üçün sosial şəbəkələr bağlandı
-
"Sizin Moskvanız da yanacaq" - Rusiyaya sərt mesaj
-
"Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
49 yaşlı dünya ulduzu fit bədəni və “robot rəqsi” ilə diqqət çəkdi - VİDEO
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Rusiya Ermənistana etiraz notası göndərdi
-
Xalq artistinin müğənni qızı geyimi ilə müzakirə yaratdı (Video)
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Saatlıda çoban 2 mindən artıq heyvanı gizlicə satdı: 14 ilədək həbs gözləyir
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Erdem Kaynarca saxlanıldı - (Foto)
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldı - Rəsmi etiraz
-
Aparıcı Şəbnəm: "Xəyanət edən o qədər qadın var, quşbeyin və qudurğandırlar"
-
Həyətdəki su quyusuna görə pul verməliyik? - Rəsmi açıqlama
-
"Samara" vəfat etdi - (Foto)
-
5 nəfərlik oğurluq şəbəkəsi ifşa olundu - (Video)
-
Seda Sayan: "Oğlumun evinə arvadından icazə alsa, gedə bilərəm"
-
“Nə çəkibsə, əcəb eləyib” - Fərhad Mehdiyev
-
Zvane 3 oyunluq cəzalandırılıb





