Həyətdəki su quyusuna görə pul verməliyik? - Rəsmi açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1. Xüsusi məqsədlər üçün istifadə dedikdə nə nəzərdə tutulur?
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq suyun götürülməsi, tullantı sularının su obyektlərinə axıdılması və ya su akvatoriyasından istifadə edilməsi nəzərdə tutulur. Bu fəaliyyətlər xüsusi texniki qurğu və avadanlıqlardan istifadə edilməklə həyata keçirilir. Belə qurğulara hidrotexniki qurğular, kanallar, borular, novlar, nasoslar, artezian və subartezian quyuları, kəhrizlər, həmçinin sudaşıyan avtomobillər daxildir.
1. Vətəndaşlar su obyektlərindən sərbəst istifadə edə bilərlərmi?
Bəli. Xüsusi məqsədlər üçün istifadə ilə bağlı icazə yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün tələb olunur.
Su obyektlərindən ümumi istifadə isə hər bir vətəndaşın hüququdur. İnsanlar çimərlikdən istifadə etmək, qayıqla gəzmək, idmanla məşğul olmaq, həvəskar balıq ovu aparmaq, mal-qaranı suvarmaq və digər şəxsi ehtiyaclarını ödəmək üçün su obyektlərindən ödənişsiz istifadə edə bilərlər.
Bundan əlavə, torpaq sahibləri mərkəzləşdirilmiş su təchizatı olmayan ərazilərdə öz ehtiyaclarını təmin etmək məqsədilə torpaq sahələrinin hüdudlarında birinci təzyiqsiz sulu horizontdan istifadə etmək üçün quyu qaza və istismar edə bilərlər.
Vətəndaş həyətində qazdığı quyudan içməli və ya suvarma məqsədilə istifadə edirsə, yaxud çay və digər su obyektlərindən şəxsi təsərrüfatı üçün su götürürsə, bunun üçün icazə almasına və hər hansı ödəniş etməsinə ehtiyac yoxdur.
1. Tullantı sularının təmizlənərək axıdılması nə deməkdir?
Sahibkarlar yalnız tərkibindəki çirkləndirici maddələrin miqdarı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan tullantı sularını su obyektlərinə axıda bilərlər.
Əgər tullantı sularının tərkibi müəyyən edilmiş normativlərə uyğun deyilsə, həmin sular əvvəlcə xüsusi təmizləyici qurğularda təmizlənməli, sonra isə su obyektinə axıdılmalıdır.
Hər iki halda sahibkar tullantı sularının həcmi, axıdılma nöqtəsinin koordinatları, istifadə olunan təmizləyici qurğular və digər tələb olunan sənədlərlə birlikdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edərək müvafiq icazə almalıdır.
1. Xəzər dənizindən, çaylardan və yeraltı su mənbələrindən istifadə zamanı hansı qaydalar tətbiq olunur?
Xəzər dənizində kiçik həcmli gəmilərin saxlanılması üçün su akvatoriyasından istifadə edənlər, çaylarda qəfəs balıqçılığı ilə məşğul olanlar, həmçinin artezian və ya subartezian quyularının suyundan istehsalat və ya qablaşdırma məqsədilə istifadə edən sahibkarlar xüsusi məqsədlər üçün istifadə icazəsi almalıdırlar.
Bunun üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edilməlidir. İstifadə olunan su mənbəyindən və fəaliyyət növündən asılı olaraq hər kubmetr su üçün müxtəlif ödəniş məbləğləri müəyyən edilib.
Ödənişlərin məbləğləri ilə bağlı ətraflı məlumat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli, 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri" sənədində əks olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)
-
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - (Foto)
-
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - (Foto)
XƏBƏR LENTİ
-
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
-
Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
-
Parisdə komendant saatı elan olundu
-
Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
-
Kim Çen Inın öldüyü xəbəri yayılıb
-
Toral oynadı, komandası qalib gəldi
-
Ronaldu cərimə ödəyəcək
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)
-
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - (Foto)
-
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Çempionlar Liqasında asan oyun olmur” - Valdas Dambrauskas
-
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - (Foto)
-
"Eşref Rüya"nın aktrisası yeni serialda - (Foto)
-
"Borussiya" Azərbaycanla bağlı video paylaşdı
-
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
-
Yavər Şıxəliyev vəfat etdi





