Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - (Foto)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, Beynəlxalq İnkişaf üzrə OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Afrikada İqtisadi İnkişaf üzrə Ərəb Bankının prezidenti Abdulla Xəlil Əl-Müseybih, Ərəb Valyuta Fondunun Baş direktoru və İdarə Heyətinin sədri Fəhad Əl-Türki, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdürrəhman Əl-Mərşad, Ərəb Körfəzi İnkişaf Proqramının icraçı direktoru Həmmam bin Nasir bin Cureyd, Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun əməliyyat direktoru Tamer Əl-Failakavi, Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Məhəmməd Abdulla Əl-Cadan, Küveyt Dövlətinin maliyyə naziri Yaqub Ər-Rifai, Qətər Dövlətinin maliyyə naziri Əli Əhməd Əl-Kuvari və Birləşmiş Ərəb Əmirlikləri Maliyyə Nazirliyinin beynəlxalq maliyyə əlaqələri üzrə nazir müavini Əliabdulla Şərəfi daxildir.
Dövlətimizin başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərinin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında iştirakının əhəmiyyətini qeyd etdi.
Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında fəal əməkdaşlığın qurulduğunu deyən Prezident İlham Əliyev bir çox layihələrin icra mərhələsində olduğunu vurğuladı. Dövlətimizin başçısı imzalanacaq sənədlərin önəminə də toxundu.
Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir qəbula görə nümayəndə heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.
Qonaq rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə dövlətimizin başçısının göstərdiyi dəstəyi yüksək qiymətləndirdi.
Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında tərəfdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, ölkəmizdə mövcud olan əlverişli investisiya mühitinin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlarla birgə layihələr həyata keçirmək baxımından əhəmiyyəti qeyd edildi.
Görüşdən sonra Azərbaycan Prezidentinin iştirakı ilə "Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" layihəsi üzrə Kredit sazişi imzalandı. Həmçinin imzalanmış "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya Qrupu üzvləri arasında "Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu" mübadilə olundu.
Daha sonra dövlətimizin başçısı İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə "Dostluq" ordenini təqdim etdi.
Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - (Foto)
-
Əl-Casir Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir
-
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev: Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik
-
Prezident İlham Əliyev: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq
XƏBƏR LENTİ
-
Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - (Foto)
-
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
-
Sosial şəbəkədə qadınlara əxlaqsız təklif: "Oğlanlarla söhbət etməyə görə pul verilir" (Video)
-
"Fənərbağça"nın baş məşqçisi o olacaq - (Foto)
-
Bu da Ruhinin dəbdəbəli VİLLASI - (Video)
-
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 479,8 manat olub
-
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - (Foto)
-
Bakıda avtomobildə 45 yaşlı kişinin meyiti tapıldı
-
Tanınmış müəllim Qalib Məmmədov vəfat edib
-
Brejnevin nəticəsi Ukraynada əsir düşdü
-
Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - Proqnoz
-
Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - 5189 manat
-
Rəna Məmmədova TƏBİB-in İcraçı direktoruna müşavir təyin edilib
-
Yevlaxda güllə xəsarəti alan Əjdər Pirimov vəfat etdi
-
Moskvaya dron hücumundan yeni görüntülər - (Video)
-
Azərbaycanda məşhur futbol klubunun adı dəyişdirilir
-
DÇ-2026: İkinci tura start verilir
-
"Real" argentinalı ulduzla razılığa gəldi
-
Yardımlda polis əməliyyat keçirdi: 1420 kiloqram narkotik bitki yandırıldı
-
I və IV qrupların imtahan nəticələri gələn həftə elan ediləcək
-
Gülay Zeynalova: “Deyirlər hər dəfə əlindən niyə tutur?” - VİDEO
-
Taksilərlə bağlı yenilik: Elektron yoxlama mexanizmi işə düşdü
-
Dünyada yeni Ebola xəbərdarlığı: Peyvəndlərin təsir etmədiyi ölümcül ştamm yayıldı
-
Sabah bütün pensiyalar ödəniləcək





