Cəmiyyət

Sosial şəbəkədə qadınlara əxlaqsız təklif: "Oğlanlarla söhbət etməyə görə pul verilir" (Video)

18 İyun 2026 14:00
Baxış: 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Son günlər sosial şəbəkələrdə qadınların ödəniş müqabilində tanışlıq əlaqələri qurmasına imkan yaratdığı iddia edilən bir tətbiq geniş müzakirə olunur.

Milli.Az xəbər verir ki, platformada qeydiyyatdan keçən istifadəçilər həm yerli, həm də xarici kişilərlə ünsiyyət qura bilirlər. Tətbiqdə aktivlik göstərən qadın istifadəçilərə müxtəlif bonuslar təqdim edilir. Toplanan bonusların müəyyən şərtlər daxilində maliyyə vəsaitinə çevrilə bildiyi bildirilir.

Sosial şəbəkələrdə sözügedən platformanın fəaliyyət prinsipi ilə bağlı fərqli fikirlər səsləndirilir. Bəzi istifadəçilər bunu əlavə gəlir əldə etmək imkanı kimi dəyərləndirsələr də, digərləri tətbiqin etik və hüquqi tərəfləri ilə bağlı tənqidlər edirlər. 

Mütəxəssislər isə vətəndaşlara bu cür platformalarda qeydiyyatdan keçməzdən əvvəl diqqətli olmağı tövsiyə edirlər.

Məsələni araşdırmaq üçün həmin tətbiqin nümayəndəsinə anonim olaraq sorğu göndərdik. Özünü tanışlıq tətbiqinin nümayəndəsi kimi təqdim edən şəxs isə sözügedən tətbiqdə azərbaycanlı və türkiyə kişilərlə ünsiyyət qurmaq müavilində əlavə bonus ödənişlər təklif etdi.

Həmin səsyazısını təqdim edirik:

 
 
 
 
 
 

 

 
 
 
 
 
 
 
 
 

A post shared by Jurnalist Adam (@jurnalistadam)

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.