“Nə çəkibsə, əcəb eləyib” - Fərhad Mehdiyev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yol qəzasında həyatını itirən Zəhra Mehdizadənin atası, tanınmış hüquqşünas Fərhad Mehdiyev hadisə ilə bağlı ilk geniş açıqlamasını verib.
Milli.Az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı fikirlərdə övlad itkisini sözlə ifadə etməyin mümkün olmadığını bildirib:
"Ağrını başa düşmək olmur, onu yalnız yaşayan hiss edə bilir. Allah heç kəsə belə dərd yaşatmasın", - deyə F.Mehdiyev qeyd edib.
Hüquqşünas qəzanın hüquqi tərəfinə də toxunaraq bildirib ki, "Mercedes" markalı avtomobilin sürücüsünün təqsirli olub-olmaması ekspertiza və araşdırmanın nəticələrindən sonra müəyyənləşdirilə bilər. Onun sözlərinə görə, avtomobilin dayanması ilə qəzanın baş verməsi arasında keçən müddət, eləcə də sürücünün xəbərdaredici tədbirlər görüb-görməməsi mühüm əhəmiyyət daşıyır:
"Ağ rəngli "Mercedes"in sürücüsünün təqsiri barəsində indi bunları demək mümkündür: yayılan videodan tam məlum olmadığına görə, sürücünün dayanması ilə qəzanın arasında keçən zamana baxılmalıdır, əgər sürücünün tədbir almağa vaxtı olmayıbsa, - o baqajını açmalı idi və avtomobilin arxasında xəbəredici işarə qoymalı idi. Bundan başqa, onun avtomobilində olan nasazlıq təxmin oluna bilən nasazlıq olmayıbsa, o təqsirli sayılmayacaq.
Yox əgər sürücü avtomobilində olan nasazlıq haqda məlumatlı olubsa - bunu da ekspertiza müəyyən edir, belə halda yolun sol tərəfi ilə sürə bilməzdi və sağ tərəfdən sürülməli idi, üstəlik avtomobil dayandıqdan dərhal sonra sürücü arxaya keçərək 20 metrə arxadan xəbərdaredici nişan yerləşdirməyibsə, o zaman təqsirli sayılmalıdır".
F.Mehdiyev həmçinin qızının həyat və yaradıcılıq planlarından danışıb. O bildirib ki, Zəhra aktrisa və model olmaq istəyirdi:
"Mən o seçimini dəstəkləmirdim. Bunla bağlı nə videolar çəkibsə, yaxşı, əcəb eləyib. 17 yaşı vardı, çox yaradıcı idi. Kaş yaşayardı, çəkməyə davam edərdi, daha çox çəkərdi. Bəzi insanlar saxta əxlaq yanaşmaları qoyaraq onu qınamağa çalışsalar da, yazdıqları çox cılızdır və yazı sahibinin insanlıq, empatiya və vicdan hissindən mərhum olduqlarını göstərir".
Qeyd edək ki, Zəhra Mehdizadə iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olub. Məlumata görə, onun idarə etdiyi motosiklet "Mercedes" markalı avtomobillə toqquşub. Ağır xəsarət alan gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)





