Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hindistanda mühəndislər hər il milyonlarla ton istehsal olunan Hindistan qozunun qabıqlarını infrastruktur layihələrində dəyərləndirən qeyri-adi bir üsul hazırlayırlar. Normalda kənd təsərrüfatı tullantısı sayılan Hindistan qozu lifləri xüsusi emal mərhələlərindən keçirilərək geotextil parçaya çevrilir və xüsusilə güclü yağışlar yağan bölgələrdə salınan yolların bünövrəsində istifadə olunur.
Milli.Az xəbər verir ki, bu proses Hindistanın cənub ştatlarında Hindistan qozu məhsulunun yığılması ilə başlayır. Ölkədə ildə 19 milyarddan çox Hindistan qozu istehsal edildiyi bildirilir. Meyvənin xarici qabığında olan uzun və davamlı liflər sənaye üçün mühüm xammala çevrilir. Yığılan məhsulun qabıqları soyulduqdan sonra həftələrlə davam edən qurutma prosesindən keçirilir. Daha sonra xüsusi maşınlarla liflər bir-birindən ayrılır və toxuma dəzgahlarında geotextil parça halına gətirilir.
Eldə edilən bu lifli geotekstil parçalar asfaltın altındakı torpaq qatına döşənir. Bu təbii material torpağın dağılmasının qarşısını alır, eyni zamanda suyun idarəolunan şəkildə süzülməsinə şərait yaradır və eroziyanı azaldır. Xüsusilə muson yağışlarının təsirli olduğu kənd yerlərində yolun alt qatının çökməsinə mane olan bu sistem yolun ömrünü uzadan mühüm amil hesab olunur.
Araştırmalar göstərir ki, Hindistan qozu lifindən hazırlanan geotextillər yol yatağının daşıma gücünü artırır və daha az dolğu materialından istifadə etməyə imkan verir. Ekspertlərin fikrincə, bu üsulun ən diqqətçəkən tərəfi süni (sintetik) materiallarla müqayisədə təbiətə demək olar ki, heç bir zərər vurmamasıdır. Bioloji olaraq parçalana bilən bu liflər zamanla torpağa qarışır, lakin yolun ilk illərində ehtiyac duyulan dayanıqlığı tam təmin edir. Liflərin suyun idarə olunmasında və eroziya ilə mübarizədəki uğuru sayəsində onlardan təkcə yol layihələrində deyil, həmçinin yamacların möhkəmləndirilməsi və sahil mühafizəsi işlərində də istifadə olunur.
Kənd təsərrüfatı tullantısını iqtisadiyyata qazandırır
Bu sistem təkcə mühəndislik baxımından deyil, iqtisadi cəhətdən də böyük maraq doğurur. Hindistan qozu istehsalının çox olduğu bölgələrdə qabıqların bu cür dəyərləndirilməsi yeni bir sənaye zənciri yaradır. Bu isə fermerlərdən tutmuş emal zavodlarına qədər geniş bir iqtisadi şəbəkəyə dəstək olur. Bir vaxtlar yararsız hesab olunan qabıqlar, bu gün yolların altında mühüm tikinti materialına çevrilərək yerli iqtisadiyyata xeyir verir.
İstifadəsi getdikcə genişlənən bu metod, son illərdə ekoloji cəhətdən təmiz infrastruktur həllərinə artan maraqla yenidən gündəmə gəlib. Mühəndislər qeyd edirlər ki, kənd təsərrüfatı tullantılarının düzgün idarə olunması həm ətraf mühitə düşən yükü azaldır, həm də layihələrdə daha qənaətcil həllər tapmağa kömək edir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)
-
Mourinyonun "Real"da sərt qaydaları
-
"Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)
-
Afət Fərmanqızı Flora Kərimova ilə məhkəmə işinin nəticəsini paylaşdı - (Foto)
-
Müğənni Nəfəsin səhhətində problem yarandı: "Ağrıdan ölürəm" - (Video)
-
Bu məşhur simalar bir-biri ilə qohum imiş - (Fotolar)
XƏBƏR LENTİ
-
Qubada 6 kəndi birləşdirən yol bağlandı
-
Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Azər Axşamın ölüm xəbəri yayıldı - (Video)
-
Xətaidə liftlər niyə işləmir?
-
57 yaşlı azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
-
Lökbatanda dənizdə 2 qadın boğularaq öldü
-
Velosipedçinin həyatını təhlükəyə atan avtobus sürücüsü - (Video)
-
Mourinyonun "Real"da sərt qaydaları
-
Bu gün təyin olunan səfirlər kimdir? - Dosye
-
Moldova Rusiyadakı səfirini geri çağırdı
-
Maaşlar 7 faiz artdı
-
Yasamalda açıq sahədə yanğın başladı
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
"Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)
-
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib
-
Masazırda mənzil alan vətəndaş 3 ildir çıxarış gözləyir
-
Afət Fərmanqızı Flora Kərimova ilə məhkəmə işinin nəticəsini paylaşdı - (Foto)
-
“Təhsil TV” yeni saytı ilə fəaliyyətini genişləndirir
-
18 avtomobil hərraca çıxarılır
-
İşə getmədən əməkhaqqı almaq mümkündür - Bu hallarda
-
Müğənni Nəfəsin səhhətində problem yarandı: "Ağrıdan ölürəm" - (Video)
-
Qara dənizdə hərəkət bərpa edildi - Türkiyədən yeni qərar
-
Rihanna Türkiyədə məhkəməni qazandı





