Avtomobil şinlərindəki rəngli xətlərin sirri məlum oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni alınan avtomobil şinlərinin üzərindəki qırmızı, sarı, mavi və ya yaşıl rəngli xətlər əksər sürücülərin diqqətini çəkir. Bəs bu xətlər nəyi ifadə edir? Əksər sürücülərin düşündüyünün əksinə, bu işarələr şinin keyfiyyəti və ya performansı ilə bağlı deyil.
Milli.Az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, bu rəngli işarələr istehsal prosesində və logistika mərhələsində böyük əhəmiyyət daşıyır. Şinlər anbarlarda üst-üstə yığıldıqda, onların yan tərəfindəki yazıları oxumaq çətin olur. Lakin şinin üst hissəsindəki rəngli xətlər sayəsində anbar işçiləri minlərlə məhsul arasından lazımi model və ölçüdə olan şini dərhal müəyyən edə bilirlər.
Hər istehsalçının öz "dili" var
Şinlərin üzərindəki xətlər üçün dünya üzrə vahid bir standart mövcud deyil. Hər bir istehsalçı şirkət öz daxili sisteminə uyğun olaraq müxtəlif rəng kombinasiyalarından istifadə edir. Buna görə də, bir markada qırmızı xətt müəyyən bir modeli ifadə edirsə, başqa bir markada tamamilə fərqli bir məna daşıya bilər. Hətta eyni modelin fərqli istehsal tarixlərində müxtəlif rənglərlə işarələnməsi də mümkündür.
Ekspertlər bildirir ki, avtomobil sahibləri bu xətlərə baxaraq şinin texniki xüsusiyyətləri barədə özbaşına nəticə çıxarmamalıdır. Yeni şinlərdə çox aydın görünən bu rənglər, avtomobil yola çıxdıqdan sonra asfaltla təmas nəticəsində qısa müddətdə silinib gedir.
Bəs bəzi şinlərdəki sarı və qırmızı nöqtələr nədir?
Şinlərin üzərində bəzən rast gəlinən sarı və ya qırmızı nöqtələr isə rəngli xətlərdən fərqli bir funksiya daşıyır. Bu nöqtələr şinin balans ayarı zamanı diskin ən uyğun nöqtəsi ilə hizalanmasına kömək edir. Bu sayədə yolda sürmə zamanı yaranan vibrasiya minimuma endirilir və daha rahat gediş təmin olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)
XƏBƏR LENTİ
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Tanınmış rus bloger İslamı qəbul etdi
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq
-
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı





