Əl-Casir Prezident İlham Əliyevə təşəkkür edib
İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü bildirib.
"Zati-aliləri, cənab Prezident, iclaslarımızın keçirilməsinə göstərdiyiniz dəstəyə, eləcə də Azərbaycan hökumətinə və xalqına qonaqpərvərliyə və səmimi qarşılanmaya görə bir daha dərin minnətdarlığımı bildirmək istərdim", - deyə o, Bakıda İİB Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı bildirib.
İİB Qrupunun nailiyyətlərindən danışan Əl-Casirqeyd edib ki, təşkilat hər il təsdiqlənən maliyyələşdirmənin həcmini iki dəfədən çox artırıb. Belə ki, bu göstərici 2020-ci ildə 6,8 milyard dollardan 2025-ci ildə təxminən 16 milyard dollara çatıb. Eyni zamanda, faktiki ödənişlərin həcmi 7,1 milyard dollardan 11 milyard dollara yüksəlib.
"Lakin bildiyiniz kimi, inkişaf yalnız yatırılan milyardlarla dollarla ölçülmür. Onun əsas meyarı insanların həyatında baş verən dəyişikliklər və yenidən doğan ümiddir. Son beş il ərzində həmkarlarım və mən İİB Qrupunun üzv ölkələrimiz üçün əhəmiyyətini artırmaq, institusional idarəetməni gücləndirmək və qrupun uzunmüddətli dayanıqlığını təmin etmək üçün yorulmadan çalışmışıq.
Biz əvvəlki strategiyaya düzəlişlər etdik, tərəfdaşlıqlara yeni impuls verdik və İslam İnkişaf Bankı Qrupunun dünyanın aparıcı çoxtərəfli inkişaf bankları arasında mövqeyini gücləndirdik. Bundan əlavə, biz 2026-2035-ci illəri əhatə edən, özünəməxsusluq, həmrəylik və gələcək nəsillərin rifahı prinsiplərinə əsaslanan onillik strateji çərçivə proqramını işə saldıq.
Bu uzunmüddətli baxış artıq həm bankın, həm də qrup strukturlarının yeni beşillik korporativ strategiyaları vasitəsilə praktiki mərhələyə keçirilir. Bu strategiyalar 2026-2030-cu illər üçün iddialı kurs müəyyən edir və onların icrasına hazırkı toplantılar başa çatdıqdan dərhal sonra başlanılacaq", - deyə o qeyd edib.
Əl-Casir həmçinin İİB-nin Güzəştli Fondunun (IsDB Concessional Fund) əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, fond artıq fəaliyyətə başlayıb və ən həssas ölkələrə aktual inkişaf çağırışlarının həllində kömək etməklə yüksək sosial-iqtisadi təsirə malik yeni nəsil layihələri dəstəkləyir.
"Bizim yanaşmamız ölkələrin özləri tərəfindən formalaşdırılan həllərə əsaslanacaq, investisiyalar isə üzv dövlətlərin prioritetlərinə və inkişaf məqsədlərinə uyğun olacaq. Kursumuz aydındır: miqyası təmin etmək, keyfiyyəti təmin etmək və vahid qrup kimi fəaliyyət göstərmək.
Lakin heç bir təşkilat, strategiyası və baxışı nə qədər güclü olsa da, onun missiyasını hər gün həyata keçirən insanların fədakarlığı olmadan əhəmiyyətli nəticə əldə edə bilməz. Qeyri-müəyyənlik, parçalanma və həssaslığın artması ilə xarakterizə olunan dünyada həmrəylik artıq seçim deyil, zərurətə çevrilib", - deyə o əlavə edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib
-
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Mehriban Əliyevanın sosial media hesablarında incəsənət məktəbinin, körpələr evi-uşaq bağçasının açılışından və Pediatriya Elmi-Tədqiqat İnstitutuna ziyarətdən görüntülər paylaşılıb (Video)
-
Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik edib
XƏBƏR LENTİ
-
“Savoring” nədir? Xoşbəxt anların daha uzun sürməsini təmin edən psixoloji bacarıq
-
ABŞ polisi səhvən 22 yaşlı tələbəni güllələdi - (Foto)
-
Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
"Qalatasaray"dan 45 milyon avroluq transfer gəlir (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmağınız vacibdir
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
-
Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - (Video)
-
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)
-
Raheem Sterlinq ikiillik həbs edilə bilər
-
Yevlaxda balıqçı itkin düşüb
-
Nepalda daşqınlarda ölənlərin sayı 157-yə çatıb
-
Çempionlar Liqasının püşkatmasında yeni qayda
-
Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
-
“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik” - Tramp
-
Luis Enrike ulduz futbolçunu cəzalandırıb
-
Xətai rayonundakı küçə iki gün bağlı olacaq
-
Dani Bolt Medinanın komanda yoldaşı olacaq
-
Restoran üslubunda "İmam bayıldı" resepti
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib
-
Aktyor Tim Karri vəfat edib
-
“WhatsApp”dan təhlükəsizliklə bağlı yenilik
-
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir





