Dünya

Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldı - Rəsmi etiraz

18 İyun 2026 15:35
Baxış: 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Belarus Xarici İşlər Nazirliyi Ukraynanın ölkədəki müvəqqəti işlər vəkili İvan Novitskini nazirliyə çağırıb.

Milli.Az xəbər verir ki, Belarus XİN-in yaydığı məlumata görə, görüş zamanı diplomata Rusiyanın Bryansk vilayətində baş vermiş hadisə ilə bağlı rəsmi etiraz notası təqdim edilib.

Minsk iddia edir ki, iyunun 17-də Ukraynaya məxsus pilotsuz uçuş aparatı Belarus vətəndaşlarını, əsasən isə uşaqları daşıyan mülki avtobusa zərbə endirib.

Belarus tərəfinin bildirdiyinə görə, hadisə nəticəsində bir Belarus vətəndaşı həlak olub, daha altı nəfər yaralanıb. Yaralananlar arasında beş uşağın olduğu, onlardan bəzilərinin vəziyyətinin ağır qiymətləndirildiyi qeyd olunub.

Rəsmi Minsk Ukraynadan insidentlə bağlı ətraflı izahat tələb edib. Həmçinin hadisənin operativ və obyektiv şəkildə araşdırılması, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istənilib.

Hadisə ilə bağlı Ukrayna tərəfinin mövqeyi hələlik açıqlanmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.