"Taşacak bu deniz"də gözlənilməz ayrılıq (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
TRT 1-in sevilən serialı "Taşacak Bu Deniz"də gözlənilməz ayrılıq yaşanıb. Serialda Gezep obrazını canlandıran aktyor Onur Dilber yeni mövsümdə layihədə yer almayacağını açıqlayıb. Aktyorun sosial şəbəkə hesabında paylaşdığı açıqlama qısa müddətdə geniş müzakirələrə səbəb olub və serialın pərəstişkarlarını məyus edib.
Milli.Az xəbər verir ki, Onur Dilberin bildirdiyinə görə, böyük sevgi ilə canlandırdığı Gezep obrazının yeni mövsümdə serialda olmayacağını təəccüb və üzüntü ilə öyrənib. O, son həftələrdə personajın xarakterində baş verən dəyişikliklərin və obrazın əvvəlki mahiyyətindən uzaqlaşmasının tamaşaçılar tərəfindən də hiss edildiyini vurğulayıb. Aktyor Gezepin yenidən öz əvvəlki xəttinə qayıdacağını və vəd edilən hekayənin yeni mövsümdə davam edəcəyini düşündüyünü, lakin hadisələrin bu cür inkişaf etməsinə anlam verə bilmədiyini qeyd edib.
Aktyorun bu açıqlaması ayrılığın səbəbi ilə bağlı müxtəlif ehtimalların yaranmasına səbəb olub. Hazırda onun serialdan ayrılmasının konkret səbəbi barədə nə kanal, nə də yaradıcı heyət tərəfindən rəsmi məlumat verilib. Bununla belə, Onur Dilberin paylaşımında istifadə etdiyi ifadələr ayrılığın şəxsi qərardan çox, layihə rəhbərliyinin qərarı olduğu barədə fikirləri gücləndirib.
Qeyd edək ki, Gezep obrazı sərt xarakteri, ailəsinə bağlılığı və hadisələrin inkişafındakı mühüm rolu ilə "Taşacak Bu Deniz"in ən çox sevilən personajlarından biri hesab olunurdu. Bu səbəbdən onun serialdan ayrılması tamaşaçılar arasında böyük təəssüf hissi yaradıb və yeni mövsümdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi maraqla gözlənilir. (Crossmedia.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir





