Şou-biznes

Əməkdar artist Nigar Camal üçün "Matanı" oxudu, tənqid olundu - (Video)

19 İyun 2026 11:50
Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əməkdar artist Vasif Məhərrəmli və müğənni Nigar Camalın yer aldığı toy məclisindən görüntülər sosial şəbəkələrdə maraq doğurub.

Milli.Az xəbər verir ki, məclisdə əvvəlcə Nigar səhnəyə çıxaraq qonaqlar qarşısında çıxış edib. İfa başa çatdıqdan sonra isə əməkdar artist Vasif Məhərrəmliyə maraqlı addımı ilə diqqət çəkib.

Müğənni həmkarı üçün "Matanı" mahnısını səsləndirib. Mahnının sədaları altında Nigar Camalın rəqsi isə qonaqların diqqətini cəlb edib.

Səmimi və əyləncəli anların yaşandığı görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb. İzləyicilər sənətçilərin bir araya gəldiyi məclisdən olan kadrlara çoxsaylı rəylər yazaraq maraqlarını ifadə ediblər. Bəziləri isə sənətçinin canlı ifasını bəyənməyərək tənqid ediblər.

Paylaşım xüsusilə Nigar Camalın rəqsi və Vasif Məhərrəmlinin ifası ilə diqqət çəkərək müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.