Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşdiriləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-4.13-cü maddəsində qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər 6000 manatdan 7000 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 20 min manat manatdək məbləğdə cərimə ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər 7000 manatdan 8000 manatadək məbləğdə, hüquqi şəxslər 25 min manatdan 30 min manatdək məbləğdə cərimə ediləcək.
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni:
fərdi rəqəmsal hesabın yaradılması zamanı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-4.2-ci və 13-4.4-cü maddələrində müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya həmin Qanunun 13-4.2 - 13-4.5-ci maddələrinin tələbləri pozulmaqla tətbiq edilməsinə;
16-18 yaş arası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-4.11-ci maddəsində göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;
16-18 yaş arası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;
toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;
fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə
vəzifəli şəxslər 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslər 35 min manatdan 40 min manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıdakı nəzərdə tutulmuş bütün xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 9000 manatdan 10 min manatadək məbləğdə, hüquqi şəxslər 45 min manatdan 50 min manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
DİGƏR XƏBƏRLƏR
-
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
-
Sənaye və kənd təsərrüfatı obyektlərinin elektrikə qoşulmasına subsidiya veriləcək
-
Məktəbəqədər təhsildə alternativ maliyyələşmə modelinə keçilir
-
Sabah Abşeron çimərliklərində dəniz suyu 22-25 dərəcə isti olacaq
-
Xəzər rayonunda açıq sahə yanır
-
"Ürəyin gedir dəqiqəbaşı özünü kəsdirib-doğramağa..." - Seda Sayan-Gülben qalmaqalı
XƏBƏR LENTİ
-
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
-
Sənaye və kənd təsərrüfatı obyektlərinin elektrikə qoşulmasına subsidiya veriləcək
-
Məktəbəqədər təhsildə alternativ maliyyələşmə modelinə keçilir
-
Sabah Abşeron çimərliklərində dəniz suyu 22-25 dərəcə isti olacaq
-
Xəzər rayonunda açıq sahə yanır
-
"Qarabağ"ın iyunun 27-də Avstriyadakı oyunu ləğv edildi - Səbəb
-
"Ürəyin gedir dəqiqəbaşı özünü kəsdirib-doğramağa..." - Seda Sayan-Gülben qalmaqalı
-
Ukrayna Moskvaya irimiqyaslı hücumlara davam edir
-
Məşhur ispan hücumçunu mühafizəçilər təlim-məşq bazasına buraxmadılar
-
Məcburi köçkünlərlə bağlı qanun layihəsi ikinci oxunuşdan keçib
-
32 il sonra eyni anda meydana çıxdılar - Atalarının izi ilə...
-
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
-
Əməkdar artist makiyajsız halını paylaşdı - (Video)
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı yeni qaydalarla tənzimlənəcək
-
Qurban Qurbanov Marko Yankoviç barədə qərar verdi
-
Ucuzlaşan yumurta yenidən bahalaşacaq? - Yenilənib
-
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
-
Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq
-
XİN-in diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları təsdiqlənib - Fərman
-
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib
-
Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
-
İyunun 21-i saat 15:00-dək vaxt verildi: Liseylərə qəbul üzrə qeydiyyat uzadılıb
-
Havanın temperaturu 39 dərəcəyə çatacaq - Proqnoz
-
Zaqatalada 58 yaşlı şəxs mübahisə etdiyi həmkəndlisini qətlə yetirdi





