Rusiya

Moskvaya kütləvi hücum - 80-ə yaxın dron vurulub - Yenilənib

19 İyun 2026 19:36
Baxış: 2 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün Ukrayna ordusu Moskvaya daha bir kütləvi dron hücumu edib.

Rusiya mediasının xəbərinə görə, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

O, qeyd edib ki, Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən 76 PUA vurulub, dağıntı və itki yoxdur.

---------

Rusiya paytaxtı Moskva ardıcıl ikinci gündür Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə üzləşib.

Milli.Az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, Moskva meri Sergey Sobyanin şəhər istiqamətində hərəkət edən 16 dronun hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirib.

Xatırladaq ki, bir gün əvvəl də Moskva və Moskva vilayəti genişmiqyaslı PUA hücumuna məruz qalmışdı. Hücum nəticəsində Moskva Neft Emalı Zavoduna və "Sadovod" ticarət mərkəzinə ziyan dəydiyi bildirilmişdi.

Məlumatlara əsasən, əvvəlki hücum zamanı Moskva vilayətində iki uşaq da daxil olmaqla 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.