Hadisə

Zaqatalada iki minik avtomobili toqquşub: 36 yaşlı sürücü yaralandı

19 İyun 2026 10:57
Baxış: 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Zaqatala rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza Şəki-Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində qeydə alınıb.

Saat 22:00 radələrində 08-BK-753 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobillə 99-XD-407 nömrəli "Opel" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, 36 yaşlı Ramiz Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.