İdman

Andrade “Qarabağ”ı tərk etdi

19 İyun 2026 18:33
Baxış: 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Daha bir futbolçu "Qarabağ"dan ayrılıb.

Milli.Az Sportinfo.az-a istinadən xəbər verir ki, Kevin Medinanın ardınca Leandro Andrade də komandanı tərk edib.

26 yaşlı vinger daha yaxşı maliyyə şərtlərinə görə iş yerini dəyişmək qərarına gəlib.

O, karyerasını Avropada davam etdirəcək.

Həm özü yaxşı qazanacaq, həm də transferə görə "Qarabağ"a qazandıracaq.

"Qarabağ"ın yaxın saatlarda ayrılıq xəbərini bəyan edəcəyi gözlənilir.

2022-ci ilin yanvar ayından "köhlən atlar"ın şərəfini qoruyan Leandro bütün turnirlərdə 213 oyunda meydana çıxmaqla yanaşı, 60 qol vurub və 61 qolun ötürməsini verib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.