İran

Müctəba Xamenei İran xalqına müraciət etdi

19 İyun 2026 00:08
Baxış: 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ ilə memorandumun imzalanmasına icazə verdiyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Xameneinin xalqa müraciətində deyilir:

"Bu məsələdə mənim fərqli mövqeyim var idi. Lakin möhtərəm prezidentin Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri kimi həm öz adından, həm də Şuranın digər üzvləri adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının qorunacağına dair üzərinə götürdüyü öhdəlikləri və bu məsuliyyəti qəbul etməsini nəzərə alaraq memorandumun imzalanmasına icazə verdim".

O, əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp razılaşmanın əldə olunması üçün ümidsizliyə qapılaraq müxtəlif təzyiq vasitələrindən istifadə edib.

Xatırladaq ki, ABŞ və İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan 14 bəndlik memorandum artıq imzalanıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.