Hadisə

Astarada ağır qəza - ölən və xəsarət alanlar var

18 İyun 2026 23:04
Baxış: 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Astarada baş vermiş qəzada ölən və yaralananlar var.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Təxtənəkəran-Hamuşam kənd yolunda baş verib. 

Belə ki, Astara rayonunun Niləşə kənd sakini Tərlan Sənham oğlu Eyvazov idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb. 

Qəza nəticəsində sürücü T. Eyvazov ölüb. Avtomobildə sərnişin qismində olan 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-cı il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-ci il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. 

Vəziyyəti daha ağır olan A. Rzayev dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi xəstəxananın təcili yardım şöbəsində davam etdirilir.

Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.