Rusiya

Moskvadakı ticarət mərkəzində iki Azərbaycan vətəndaşı yaralanıb

18 İyun 2026 23:08
Baxış: 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Moskvadakı "Sadovod" ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb. 

APA-nın Moskva bürosunun əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında "Sadovod" bazarına düşən dron parçaları Azərbaycan vətəndaşları, Şəki rayonu sakinləri İslam Süleymanov və Elnur Nəbiyevin xəsarət almasına səbəb olub. 

Ətraflı
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Yaralılar Moskva şəhərindəki 36 saylı xəstəxanaya yerləşdiriliblər.

Hazırda yaralılardan birinin evə buraxıldığı bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Moskvaya kütləvi dron hücumu həyata keçirib. Nəticədə Moskvanın cənub şərqində yerləşən Neft Emalı Zavodu və onun yaxınlığında yerləşən "Sadovod" ticarət mərkəzində yanğın baş verib. Dronlardan biri zavoda çırpılıb, "Sadovod" ticarət mərkəzinə isə havada vurulmuş dron parçaları düşüb. Nəticədə ticarət mərkəzinə böyük ziyan dəyib. Mərkəzdə çalışan Azərbaycanlı iş adamlarının milyonlarla rubl dəyərində malı yanıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.