Cəmiyyət

Abituriyentlərin 38.4%-i 200-dən az bal topladı

19 İyun 2026 17:51
Baxış: 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2025-2026-cı tədris ilində I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 38.37%-i 200-dən az bal toplayıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunub.

Məlumata görə, qəbul imtahanlarında mümkün maksimal bal 700 olub. Nəticələr 0-200, 200-300, 300-500 və 500-700 bal intervalları üzrə ənənəvi "2", "3", "4" və "5" qiymətləri ilə müqayisə edilib.

Belə ki, ötən il abituriyentlərin 38,4 faizi şərti olaraq "2", 21,8 faizi "3", 28,4 faizi "4", 11,5 faizi isə "5" qiymətinə uyğun nəticə göstərib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.