İran

Tehran şərtlərini açıqladı - Bu tələbləri VAR

14 Mart 2026 16:07
Baxış: 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran hökumətinin sözçüsü Möhsün Rzayi Tehranın davam edən müharibəni dayandırmaq üçün irəli sürdüyü iki əsas şərti açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rzayi rəsmi Tehranın sülh danışıqları üçün konkret tələblərinin olduğunu bildirib.

O qeyd edib ki, İran tərəfi yalnız iki halda hərbi əməliyyatlara son qoymağı düşünə bilər:

"Bu şərtlərdən birincisi, fevralın 28-dən bəri davam edən münaqişə zamanı İranın infrastrukturuna və iqtisadiyyatına dəymiş bütün ziyanın ABŞ tərəfindən təzminat şəklində ödənilməsidir. İkinci mühüm şərt isə bütün Amerika hərbi bazalarının Fars körfəzi regionundan tamamilə çıxarılmasıdır. Bu tələblər yerinə yetirilmədən hər hansı bir atəşkəsdən söhbət gedə bilməz. Ölkənin suverenliyinin qorunması üçün bütün imkanlar səfərbər edilib".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı "Epik Qəzəb" hərbi əməliyyatına başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.