Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəhid general Polad Həşimovun anası Səmayə Həşimova ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə böyük diqqət çəkib.
Milli.Az xəbər verir ki, kadrlarda təyyarə heyətinin sərnişinlər arasında şəhid generalın anası - Səmayə xanımın olduğunu elan etdiyi görünür. Təyyarə ekipajı Səmayə xanıma xüsusi təşəkkür və minnətdarlıqlarını bildirib, eyni zamanda Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət oxunub.
Təyyarədə olan sərnişinlər də bu anları alqışlarla qarşılayıb. Həmin təsirli məqamların görüntüləri daha sonra sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Polad Həşimov Azərbaycan Ordusunun general-mayoru olub. O, 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Polad Həşimov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda xidmətləri ilə tanınan hərbçilərdən biri idi.
Şəhid generalın qəhrəmanlığı və vətənpərvərliyi Azərbaycan cəmiyyətində böyük hörmətlə xatırlanır. Onun anasına göstərilən bu ehtiram da sosial şəbəkə istifadəçiləri tərəfindən qürur və minnətdarlıq hissi ilə qarşılanıb.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiya Qara dənizdə iki gəmiyə zərbə endirib
-
Bakı–Tbilisi–Bakı qatarına bilet satışının müddəti artırılıb
-
Tərtərdə faciə: Ər-arvad yanaraq öldü
-
Kolleclərə qəbulda yeni göstəricilər açıqlandı
-
Ana südünü necə artırmaq olar?
-
Günelin 33 il əvvəlki görüntüsü gündəm oldu - (Video)
-
Gürcüstanda elektrik enerjisi tam bərpa edildi
-
Naxçıvanda bir ayda 50 yanğın hadisəsi baş verib
-
"Azeri Light"ın qiyməti 91 dollara düşdü
-
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
-
Hava ilə bağlı son məlumat
-
Gəncədə restoran qarşısında kütləvi dava: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
Ağcabədidə ağır qəza: Sürücü hadisə yerində öldü
-
Dünya bazarlarında neft ucuzlaşdı
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
"Qarabağ" – "Dinamo": İlk görüş bu gün keçiriləcək
-
Pensiyalar bu tarixdə veriləcək
-
Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş
-
Kartofu qızıl kimi qızartmağın sirri
-
Avqustda pulu tükənməyəcək bürclər
-
Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta
-
Bərbərlərin sirri ifşa oldu: Dib boyası xərcindən xilas edəcək üsul
-
Bişmiş kotlet buzluqda necə saxlanılır?
-
Pezeşkian: Suriyadakı ssenarini İranda da tətbiq etmək istəyirdilər





