Azərbaycan şirkətlərinin milyonlarla borc aldığı MMC MÜFLİS OLDU
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Stavropol vilayətində iflasa uğramış "Aktiv Trade Company" (ATK) MMC-nin konkurs idarəçisi xarici şirkətlərin onlara olan borcunu satışa çıxarılması üçün hərrac elan edib.
Milli.Az bildirir ki, satışa çıxarılan debitor borclarının ümumi məbləği 66,5 milyon rubl təşkil edir.
Satışa Azərbaycan və İran müəssisələrinə qarşı tələblərdən ibarət dörd lot çıxarılıb. Ən böyük lot İranın "Parand Golden Flour Factory" şirkətinin 354,6 min avro və 20 milyon rubl məbləğində borcunu əhatə edir. Bu lotun başlanğıc qiyməti 52,7 milyon rubl müəyyən edilib.
Birinci lot Azərbaycan Respublikasından olan fərdi sahibkar Vüsal Həsənovun 75,7 min ABŞ dolları məbləğində borcunu əhatə edir. Onun başlanğıc qiyməti 5,9 milyon rubldur.
İkinci lot Bakı şəhərində fəaliyyət göstərən SAMA şirkətinin 49,8 min ABŞ dolları məbləğində borcuna aiddir və 3,9 milyon rubl başlanğıc qiymətlə satışa çıxarılıb.
Üçüncü lot isə Azərbaycan Respublikasının Şabran rayonunda yerləşən "Deviçi-Deyirman" MMC-yə qarşı 49,6 min ABŞ dolları məbləğində tələb hüququndan ibarətdir və 3,9 milyon rubl dəyərində qiymətləndirilib.
Hərrac aprelin 24-də elektron platformada açıq auksion formatında keçiriləcək.
Bütün tələb hüquqları Rusiya arbitraj məhkəmələrinin qərarları ilə təsdiqlənib, onların bir hissəsi isə Azərbaycan məhkəmələri tərəfindən də tanınıb.
Hərracın addımı ilkin qiymətin 5%-i həcmində müəyyən edilib. Qalib elan olunan şəxsə alğı-satqı müqaviləsini imzalamaq üçün 5 gün, əldə etdiyi aktivin ödənişini həyata keçirmək üçün isə 30 gün vaxt veriləcək.
Stavropol diyarının Arbitraj Məhkəməsi 2022-ci ildə "ATK" MMC-ni müflis elan edib. İflas prosesinin idarəçisi isə Sergey Nikolayev təyin olunub.
Qeyd edək ki, "ATK" MMC müflis olduğu üçün şirkətin özünün ona borclu olan şəxslərdən ödənişləri almaq hüququ yoxdur. Bunun üçün həmin borcların geri qaytarılması hərraca çıxarılıb. Hər bir şirkətin borcu isə lot adlanır. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Putin xərçəng xəstəsi olan “Lerçek”İ əfv etdi
-
Putin 175 il sonra dəyişir: Çarın tikdirdiyi 22 saatlıq yolda SSRİ mühasirəyə düşmüşdü
-
Rusiyada faciəli şəkildə ölən azərbaycanlının Fotosu
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
Zaxarovadan Simonyanın sözlərinə cavab: Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil
-
Putin onu Moskvaya gətirmək üçün şəxsi təyyarəsini göndərdi
XƏBƏR LENTİ
-
Evə buraxılan qadın xəstəxananın həyətində öldü
-
"Mançester Siti" Holandla yollarını ayırır?
-
Çıxarışı olmayan evlərə qaz verilməyəcək?
-
Neftçalada quldurluq edən iki nəfər saxlanıldı
-
Bu ölkə də Rusiya ilə sərhədi bağlaya bilər
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Qızıl və gümüş bahalaşdı
-
YPX Alayının əməkdaşları səhhəti pisləşən əcnəbi sürücünün köməyinə çatdı
-
Qəbələdə avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanda aylıq 419 manatdan başlayan qiymətlərlə mənzillər satışa çıxarılır
-
Rus bölməsində təhsil pullu olacaq?
-
Ayın 18-də bu ərazilərə qar yağacaq - Proqnoz verildi
-
Həcc ziyarətinin qiyməti artacaq
-
Azərbaycanda ev qiymətinə samovar satışa çıxarıldı
-
Türkiyə MN Azərbaycanı təbrik etdi
-
“Məcburən işdən çıxarıldım” – 16 ildir işsiz qalan Sonaxanım hönkür-hönkür ağladı (Video)
-
İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
-
Epşteynin boynundakı izlər nəyi göstərir? - Ekspertdən sensasion açıqlama
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı – (Video)
-
Deputatın düşdüyü qəza ilə bağlı cinayət işi başlanıldı
-
Dərsliklərlə bağlı müzakirələrə nazirlikdən açıqlama
-
DTX Dirçəliş Günü münasibətilə paylaşım edib - (Foto)
-
Bakıdakı məşhur avtosalon bağlandı - Yerində market açılacaq
-
Bu şəxslərə 1000 manatadək pul veriləcək - Qərar





