Türkiyə

Əks cinsin fotolarını bəyənmək boşanma səbəbi sayılacaq

25 Noyabr 2025 12:00
Baxış: 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Kassasiya Məhkəməsi sosial şəbəkələrdə əks cinsə məxsus paylaşımları bəyənməyin ailə etimadına zərər vurduğunu və boşanma üçün əsas təşkil etdiyini rəsmən təsdiqləyib.

Milli.Az xəbər verir ki, Kayseridə bir cütlüyün boşanma işi zamanı qadın ərini digər qadınların fotolarını bəyənməkdə və sədaqətsizlikdə ittiham edib. Kişi isə həyat yoldaşını həddən artıq qısqanclıqda və ailə böyüklərini təhqirdə günahlandırıb.

Birinci apellyasiya məhkəməsi əsas məsuliyyətin kişidə olduğunu müəyyən edib və sosial şəbəkədə əks cinsin fotolarını bəyənməyin "etimada zərbə" olduğu qənaətinə gəlib.

Kassasiya Məhkəməsi də qərarı qüvvədə saxlayaraq qadına 30 min lirə maddi, 30 min lirə mənəvi təzminat və aylıq 1000 lirə aliment verilməsini təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.