Pedofil şəhər meri oldu

18 Noyabr 2021 10:08

Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ceffri Donson yenidən Kannalend şəhər meri vəzifəsinə seçilib.

O, 2008-ci ildə bu vəzifəni tutarkən 15 yaşlı qıza qarşı yol verdiyi hərəkətlərdən dolayı 5 il müddətinə həbs olunub. Hərçənd, sonradan məhkəmə hökmü şərti cəza ilə əvəzlənib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Donsonun köməkçisi vəifəsinə isə vaxtilə fırıldaqçılığa görə cəzalandırılmış Verner Meşoa seçilib.

Artıq müxalifət partiyaları və ictimai fəallar hər ikisini vəzifədən kənarlaşdırmağı tələb ediblər.

Milli.Az