İdman

AFFA “Sabah”a xəbərdarlıq etdi

25 Noyabr 2025 18:12
Baxış: 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AFFA "Sabah" klubuna xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, buna səbəb Premyer Liqanın 12-ci turunda "Şamaxı" ilə matçda tamaşaçılar tərəfindən gətirilmiş, lakin gətirilməsi qadağan olunmamış əşyaların stadiona buraxılmamasıdır.

Federasiya əşyalara qadağa qoyan Masazır klubunu eyni hal təkrar olunacağı halda cəzalandıracaq.

Qeyd edək ki, "Sabah" - "Şamaxı" oyununda meydan sahibləri stadiona təhlükəsizliyə təhdid yaratmayan ərzaqlar gətirdiyi halda onları stadiona buraxmamışdı. Bu da azarkeşlərin etirazına səbəb olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.