Süfrələrimizin şahı hesab olunan düyü, düzgün saxlanılmadıqda və ya vaxtı keçdikdə əsl təhlükə mənbəyinə çevrilə bilir. Bir çox hallarda düyüdə baş verən qoxu, rəng və tekstura dəyişiklikləri məsum bir proses kimi görünsə də, əslində bu, bədənimiz üçün ağır fəsadlar törədə biləcək bakteriyaların işarəsidir.
Milli.Az xəbər verir ki, düyü tarladan yığım zamanı təbiətdə geniş yayılan "Bacillus cereus" adlı bakteriyaya yoluxa bilər. Bu bakteriyanın ən qorxulu tərəfi odur ki, düyü bişirildikdə belə onun sporları tam məhv olmaya bilər. Əgər bişmiş düyü otaq temperaturunda uzun müddət qalarsa, həmin bakteriyalar sürətlə çoxalaraq toksin ifraz edir. Bu isə ağır qida zəhərlənmələrinə, ürəkbulanma və diareyaya səbəb olur.
Hər düyü növünün öz "ömrü" var və buna mütləq diqqət edilməlidir. Qəhvəyi (qara) düyü tərkibindəki yüksək yağ faizinə görə daha tez xarab olur. Saxlanılma müddəti cəmi 6 aydır. Ağ düyü isə quru və sərin yerdə saxlanılarsa, illərlə təravətini qoruya bilər. Bişmiş düyü soyuducuda maksimum 3-4 gün, dondurucuda (buzluqda) isə 1-2 ay ərzində istifadə edilməlidir.
Məhsulun yararsız olduğunu göstərən bir neçə əsas siqnallar var. Təzə düyü demək olar ki, qoxusuzdur. Əgər düyüdən kəskin, turşumuş və ya xoşagəlməz bir qoxu gəlirsə, onu dərhal atın.
Düyü dənələrində ən kiçik yaşıl, qara və ya narıncı ləkə (kif) görünürsə, həmin paketi tamamilə məhv etmək lazımdır. Kifin görünməyən hissələri bütün kütləyə yayılmış ola bilər. Bişmiş düyü yapışqan və həddindən artıq sulu hala gəlibsə, bu, mikrob artımının göstəricisidir.
Sağlamlığınızı qorumaq üçün düyünü bişirdikdən sonra ən geci 1 saat ərzində soyuducuya qoymağınız və təkrar qızdırdıqda onun tam qaynar olduğuna əmin olmağınız tövsiyə olunur.
Səkinə Yusifova
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Düyüdə bu əlamətlər varsa, MÜTLƏQ ATIN! – Süfrənizdəki gizli zəhər mənbəyi
3 Aprel 2026 18:06
Baxış: 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN VİDEOsu
-
Səhər acqarına yeyilən 1 ədəd almanın inanılmaz FAYDALARI: Orqanizmdə nələr baş verir?
-
Düyüdə bu əlamətlər varsa, MÜTLƏQ ATIN! – Süfrənizdəki gizli zəhər mənbəyi
-
"Restoranımızda yeyib hesabı ödəmirdilər, icarəyə verdik"
-
"Anam üçün canımdan keçərəm, evimi də SATARAM"
-
"Şəhid atası var ki , onun-bunun adına pul götürür, QAYTARMIR"
XƏBƏR LENTİ
-
Nizami Kino Mərkəzində vandalizm edənlərin FOTOsu - YENİLƏNİB
-
“Zirə” yarımfinalın ilk oyununda “Turan Tovuz”u məğlub etdi
-
Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN VİDEOsu
-
Səhər acqarına yeyilən 1 ədəd almanın inanılmaz FAYDALARI: Orqanizmdə nələr baş verir?
-
Elnarə Abdullayeva polisə müraciət etdi
-
Amerikada təhsil alan azərbaycanlı gəncin uğuru: Pasiyent və həkimi birləşdirən “Care” platforması
-
Tarif Şurasından yeni ödənişli yolun məbləği ilə bağlı açıqlama
-
Heç bir iz olmadan 32 ildir yoxa çıxan 13 yaşlı qız sağ tapıldı
-
Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü təyin edilib
-
İran artıq qələbəsini elan edə bilər
-
Düyüdə bu əlamətlər varsa, MÜTLƏQ ATIN! – Süfrənizdəki gizli zəhər mənbəyi
-
İran ABŞ-ın katerini VURDU
-
Neftçala şəhərində fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunub - FOTO
-
DTX Azərbaycana qarşı yönəlmiş təhdidlərin vaxtında aşkarlanması istiqamətində səmərəli fəaliyyət göstərir - Əli Nağıyev
-
Qlobal gərginliklərə baxmayaraq, Azərbaycanda siyasi sabitlik təmin edilib - DTX rəisi
-
Pensiya yaşına gələnlərin DİQQƏTİNƏ
-
Qəbələdə “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” uğurla başa çatdı - FOTO
-
Luçesku infarkt keçirdi
-
Əli Nağıyev: Dünyanın bir çox yerində hərbi qarşıdurmalar regionda əməliyyat şəraitinə ciddi təsir edir
-
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO - FOTO
-
"Restoranımızda yeyib hesabı ödəmirdilər, icarəyə verdik"
-
Bu sənət yox, vəhşilikdir: Bakının estetik simasına qraffiti hücumu
-
“Liverpul”dan gedəcək daha 2 futbolçu məlum oldu
-
VTB (Azərbaycan) ABA tərəfindən mükafatlandırıldı





