Şou-biznes

Elnarə Abdullayeva polisə müraciət etdi

3 Aprel 2026 19:04
Baxış: 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu gün "102"yə zəng etmişəm, sonra da polis bölməsinə gedib ərizə yazmışam".

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib.

O, qeyd edib ki, sosial şəbəkədə tanımadığı bir xanım onun haqqında əsassız və həqiqətə uyğun olmayan fikirlər yazıb.

"Kim olduğunu, nə məqsədlə belə paylaşım etdiyini bilmirəm, bilmək də istəmirəm. Məni tanımayan bir insanın haqqımda bu cür yazması qəbuledilməzdir. Sən tanımadığın biri haqqında necə nə gəldi yaza bilərsən? Mən uşaq deyiləm, müəyyən həyat və sənət yolu keçmiş bir insanam, respublikanın Əməkdar artistiyəm. İllərdir televiziya və sənət vasitəsilə cəmiyyətə xidmət etmişəm. 50 ildir oxuyuram.

Həmin şəxs mənim efirdə guya "abır-həya maskası altında danışdığımı" iddia edib. Sən verilişi izləmədən, mövzunun mahiyyətini anlamadan necə bu cür fikir yaza bilərsən və şərhlərdə məni söydürə bilərsən? İnsan əvvəlcə kim haqqında danışdığını və nəyi tənqid etdiyini dəqiq bilməlidir. Kiminsə əsassız paylaşımı nəticəsində sosial şəbəkələrdə niyə təhqir olunmalıyam?

Ona görə də hüquq-mühafizə orqanlarına müraciət etmişəm. "102" xidmətinə zəng etmişəm və bir az əvvəl polis bölməsində də rəsmi şikayətimi bildirmişəm. Bundan sonrakı prosesi qanun çərçivəsində aidiyyəti qurumlar araşdıracaqlar. Xeyir Allahdan. Mən hamıya demək istəyirəm ki, heç kim heç kimə heç bir söz deyə bilməz, qarşısına qoyub aşağılaya bilməz. Olmaz bu şeyləri danışmaq", - deyə E.Abdullayeva bildirib.

Xatırladaq ki, E.Abdullayeva "Xəzər" TV-nin efirində qonaq olarkən hicablı qadınların fotolarını sosial şəbəkənin hekayə bölümündə paylaşmasını düzgün hesab etmədiyini bildirib:

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.