İdman

“Zirə” yarımfinalın ilk oyununda “Turan Tovuz”u məğlub etdi

3 Aprel 2026 19:43
Baxış: 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk qarşılaşmasında "Zirə" səfərdə "Turan Tovuz" üzərində inamlı qələbə qazanıb.

Milli.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş "qartallar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 55-ci dəqiqədə Eren Aydın açıb. Oyunun son dəqiqələrində isə (89-cu dəqiqə) Leroy Mikels rəqib qapısına ikinci qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.

Xatırladaq ki, 1/4 final mərhələsində Tovuz təmsilçisi "Kəpəz"i, Bakı klubu isə "Sumqayıt"ı mübarizədən kənarlaşdırmışdı. Bu cütlük arasında cavab qarşılaşması aprelin 21-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.