Hörmüz boğazında davam edən gərginlik səbəbindən enerji tədarük zəncirinin qırılması qlobal miqyasda ciddi böhrana yol açıb.
Milli.Az xəbər verir ki, enerji resurslarından asılı olan ölkələr "qara qızıl"ın çatışmazlığını aradan qaldırmaq üçün fövqəladə tədbirlərə əl atıblar. Bu prosesdə ən çox təsirə məruz qalan isə enerji idxalından birbaşa asılı olan Asiya regionudur.
Enerji təhlükəsizliyini təmin etmək istəyən bir sıra dövlətlər "yaşıl enerji" hədəflərini bir kənara qoyaraq, yenidən kömürə üz tutublar.
Yaponiyada kömürlə işləyən elektrik stansiyalarının yenidən enerji bazarına tam gücü ilə dönməsinə icazə verilib. Cənubi Koreyada isə elektrik enerjisi istehsalında kömürdən istifadə ilə bağlı əvvəllər tətbiq edilən ekoloji məhdudiyyətlər müvəqqəti olaraq ləğv olunub.
Cənub və Cənubi-Şərqi Asiya ölkələri enerji sərfinin azaldılması üçün daha radikal və diqqətçəkən addımlar atıb. Şri Lankada enerji qənaəti üçün rəsmi iş günləri 4 günə endirilib. Vyetnamda müəssisələrə işçiləri "evdən iş" (remote work) sisteminə keçirməklə ofis enerji xərclərini azaltmaları üçün çağırış edilib.
Taylandda isə hökumət rəsmi binalarda və iş yerlərində kondisionerlərin istifadəsini minimuma endirməyi tapşırıb. Bununla bağlı ən maraqlı addım isə "dress-code"un dəyişdirilməsi olub: rəsmi yerlərdə pencək və qalstuk əvəzinə qısaqollu köynəklərin geyinilməsi təşviq edilib. Hətta Taylandın xəbər aparıcıları efirdə pencəklərini çıxardaraq bu çağırışa dəstək veriblər.
Mütəxəssislər bildirir ki, bu addımlar enerji çatışmazlığının yaratdığı iqtisadi zərəri azaltmaq üçün atılan "təcili yardım" xarakterli tədbirlərdir. Lakin uzunmüddətli perspektivdə, əgər Hörmüz boğazındakı gərginlik diplomatik yolla çözülməzsə, dünya iqtisadiyyatını daha ciddi bir durğunluq gözləyir.
Səkinə Yusifova
Milli.Az
Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Böyük enerji böhranına qarşı ölkələrin ilginc addımları: İşçilərə qısaqollu köynək çağırışı
3 Aprel 2026 22:47
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Gürcüstanda azərbaycanlı gənci qisas üçün qətlə yetirdilər - YENİLƏNİB
-
Böyük enerji böhranına qarşı ölkələrin ilginc addımları: İşçilərə qısaqollu köynək çağırışı
-
Əfqanıstanda güclü zəlzələ oldu
-
Pezeşkiandan Trampın hədəsinə cavab
-
Yunanıstanda pulsuz yaşamağın inanılmaz yolu: Pişikləri sevərək adada qalın
-
Heç bir iz olmadan 32 ildir yoxa çıxan 13 yaşlı qız sağ tapıldı
XƏBƏR LENTİ
-
Kartınızı bankomata taxmazdan əvvəl bunu edin
-
Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
-
Günün qoroskopu: Gəlirlərinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz
-
Mətbəxdə paxlalıların içinə mütləq bundan qoyun!: Xarab olmasının qarşısını alan ən sadə üsul
-
“Meydanda olan orada qalır”
-
Gürcüstanda azərbaycanlı gənci qisas üçün qətlə yetirdilər - YENİLƏNİB
-
Hər kəs pəncərəsinin önünə darçın qoymağa başladı
-
"İcazə vermərəm ki, haqqımda bunu desinlər"
-
Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?
-
Böyük enerji böhranına qarşı ölkələrin ilginc addımları: İşçilərə qısaqollu köynək çağırışı
-
“Yeraltı” izləyicilərinə pis xəbər
-
Bəzi avtobusların hərəkətində ləngimə olacaq
-
Gəmi kapitanı qəfil vəfat etdi - FOTO
-
"Qarabağ" "Sabah"la heç-heçə etdi
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
"Neftçi"də ciddi itki
-
Əfqanıstanda güclü zəlzələ oldu
-
Firuzə Cəlilovaya vəzifə verildi
-
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTO
-
“Haqqımız Əliyarın haramı olsun”
-
Qiyməli makaron sousu necə hazırlanır?
-
Pezeşkiandan Trampın hədəsinə cavab
-
Yunanıstanda pulsuz yaşamağın inanılmaz yolu: Pişikləri sevərək adada qalın
-
"Bir daha həmin yerə getmərəm"





