Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı "Elgizlə izlə" proqramında bacısı Ülviyyə Yaşarqızının vəfatı ilə bağlı sarsıdıcı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, ailə əvvəlcə Ülviyyənin ölümünü bacısının qızından üç gün gizlədib:
"Ölümünü qızından 3 gün gizlətdik. Sonra düşündüm ki, hardasa qarşısına çıxar, bunu bizdən eşitməsi daha doğru olardı".
Ülkər Yaşarqızı bacısının son anlarından danışaraq bildirib ki, Ülviyyənin vəziyyəti qəfil pisləşib. Gecə saatlarında qonşu həkim çağırılıb, ürək masajı edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ülviyyənin təzyiqi 40-25-ə düşüb və o, ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Ülviyyə Yaşarqızı 44 yaşında vəfat edib və ondan bir qız övladı yadigar qalıb.
Daha ətraflı videomaterialda:
Hüseyn
Milli.Az





