Şou-biznes

Mikayılın apardığı toyda təhlükəli anlar: hamı təxliyyə olundu - VİDEO

25 Noyabr 2025 12:10
Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Mikayıl Güləddinoğlunun idarə etdiyi toy mərasimində təhlükəli anlar qeydə alınıb.

Milli.Az xəbər verir ki, məlumata görə, mərasim zamanı şadlıq sarayının zalında qəfil yanğın baş verib.

Belə ki, zalda quraşdırılan işıq avadanlıqlarından biri alışmağa başlayıb və qığılcımlarla birlikdə yanan hissələr yerə düşüb.

Hadisə səbəbindən qonaqların dərhal təxliyəsi elan edilib. Mikayıl Güləddinoğlu isə səhnəyə çıxaraq hər kəsi sakit şəkildə, təcili olaraq məkanı tərk etməyə çağırıb.

Xoşbəxtlikdən yanğın böyümədən qarşısı alınıb və mərasim iştirakçıları zərər görmədən binadan çıxarılıb.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.