Nə yeməyi azaltmağa ehtiyac var, nə də idmana - Gündə 10 dəqiqə edirsən, arıqladır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Düzgün nəfəs alma təkbaşına piyləri əridə bilməsə də, orqanizmdə arıqlama prosesini sürətləndirən mexanizmləri işə salır.
Milli.Az xəbər verir ki, bunu idmançı Kseniya Qufranova deyib.
Onun sözlərinə görə nəfəs texnikası üzərində işləmək diafraqmanın daha səmərəli işinə şərait yaradır. Bu isə bağırsaq hərəkətlərini qan dövranını və bədənin düzgün duruşunu yaxşılaşdırır.
Nəfəs praktikalari stres səviyyəsini azaldır. Stres azalanda orqanizmdə kortizol səviyyəsi də aşağı düşür və bu zaman insanın tez tez nəsə yemək istəyi zəifləyir. Yuxu da normallaşır. Bədən kifayət qədər dincələndə əlavə enerji üçün qidaya yönəlmə ehtiyacı azalır.
Mütəxəssis bildirir ki, arıqlamaq üçün kalori çatışmazlığı əsas şərtdir. Yəni bədən aldığı enerjidən çoxunu xərcləməlidir. Nəfəs praktikalari bunu əvəz etmir. Buna baxmayaraq nəfəsin düzgün idarə olunması məşqlərin keyfiyyətini və ümumi vəziyyəti xeyli yaxşılaşdırır.
Qufranova diafraqmanın onurğa sütununa və qabırğalara bağlı iki qübbə formasında olan əzələ olduğunu xatırladıb. Nəfəs aldıqda bu əzələ aşağı enir və həm ağciyərləri hava ilə doldurmağa kömək edir həm də daxili orqanlara yumşaq təsir göstərir. Duruş pozulduqda qabırğalar irəli yönəldikdə və çanaq əzələləri zəiflədikdə diafraqmanın işi çətinləşir və qan dövranı pisləşir. Buna görə də hər nəfəs məşqinin başlanğıcı düzgün bədən mövqeyi olmalıdır. Bel düz dayanmalıdır sinə açıq qalmalıdır və nəfəs sərbəst axmalıdır.
Mütəxəssis düzgün və səhv nəfəs alma arasındakı fərqi də izah edib. Səthi nəfəs aldıqda çiyinlər yuxarı qalxır və boyun əzələləri gərginləşir. Bu hal ağrı yarada bilər. Düzgün nəfəs zamanı qarın həm irəli həm yana açılır. Aşağı qabırğalar genişlənir və sinə boşluğu daha rahat hərəkət edir. Bu proses gövdə əzələlərini aktivləşdirir və onurğanın hərəkətliliyini artırır.
Qufranova diafraqma gərgin olduqda qan dövranının pozula biləcəyini və bel nahiyəsində narahatlıq yarana biləcəyini bildirib. Buna görə qabırğaların hərəkətliliyini qaytarmaq vacib sayılır. Bu məqsədlə onurğanın sərtliyini azaltmaq və duruşu yaxşılaşdırmaq tövsiyə olunur. Hər məşq zamanı məşqçi nəfəsin ardıcıllığına xüsusi diqqət yetirməlidir.
Mütəxəssis ideal bədən quruluşu üçün üç sadə nəfəs texnikasını tövsiyə edib. İlk texnika qarınla nəfəs almadır. Bunun üçün insan uzanmalı və qarın altına yumşaq top və ya bərk bükülmüş dəsmal qoymalıdır. Nəfəs aldıqda qarın yüngül şəkildə bu dayağı itələyir. Nəfəs verildikdə isə bədən rahatlayır. Bu üsul dərin qarın əzələlərindəki gərginliyi azaldır və diafraqma ilə çanaq əzələləri arasında əlaqəni gücləndirir.
İkinci texnika sinə ilə nəfəs almaqdan ibarətdir. Bunun üçün qarnın üstündə uzanmaq və sinə sümüyünün altına top qoymaq kifayətdir. Nəfəs aldıqda hava aşağı yönəlir və topa doğru təkan yaranır. Nəfəs verildikdə sinə yenidən boşalır. Bu üsul sinə qəfəsinin hərəkətini artırır və boyundakı gərginliyi azaldır.
Üçüncü texnika arxa qabırğalara nəfəs alma üsuludur. Bunun üçün insan dördayaq vəziyyətinə keçməli və aşağı qabırğaları lentlə qucaqlamalıdır. Nəfəs aldıqda lent arxaya və yana doğru açılmalıdır. Nəfəs verildikdə isə qabırğalar daralır. Bu üsul sinə hissəsinin elastikliyini və nəfəsin hiss edilməsini yaxşılaşdırır.
Qufranova qeyd edib ki, bu texnikalar hər gün on dəqiqədən artıq vaxt tələb etmir. Davamlı tətbiq olunduqda bədəni daha yaxşı hiss etməyə kömək edir. Duruş düzəlir stres azalır və yuxu normallaşır. Bu isə incə bədən quruluşunun enerji dolu gündəlik həyatın və özünə inamın əsasını təşkil edir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
XƏBƏR LENTİ
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama
-
Parkda gecələyən uşağın valideyninə cəza verildi - Yenilənib - (Video)
-
Tualetdən gec çıxan azərbaycanlı döyüldü





