Dünya

Gözəlliyi ilə hər kəsin diqqətini cəlb edən maşınist - VİDEO

9 Oktyabr 2021 15:24
0 Şərh     Baxış: 1 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə maşinist qadın gözəlliyi ilə hər kəsin diqqətini cəlb edib.

İstanbulun Kadıköy-Moda tramvayında maşinist işləyən Burcu Kasap gözəlliyi və gördüyü iş ilə diqqət çəkib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin qadın mexaniklərindən Burcu Kasap Kadıköy-Moda tramvayında maşınçı işləyir. Gözəlliyi ilə diqqət çəkən və sosial mediadan aktiv şəkildə istifadə edən Kasap aldığı müsbət reaksiyalardan çox məmnun olduğunu ifadə edib.

Maşinist olmaq istədiyini söyləyəndə ətrafındakı bir çox insanın onu ciddiyə almadığını dilə gətirən Burcu Kasap insanların onu ciddiyə almadıqlarını və bu işi bacara bilməyəcəyini söyləyiblər.

Sosial şəbəkələrdə böyük marağa səbəb olan gənc mexanik sərnişinlərin onunla birlikdə çəkdirdiyi fotoşəkillər və aldığı müsbət şərhlər qarşısında işini daha da bəyəndiyini söyləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.