Dünya

MOSSAD iranlı alimi robot-pulemyotla öldürüb - Şok iddia

20 Sentyabr 2021 05:05
0 Şərh     Baxış: 1 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail kəşfiyyatı iranlı nüvə alimi Möhsün Fəxrizadəni yüksək texnologiyalı robot-pulemyotun köməyilə öldürüb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.

Dəqiqədə 1000 güllə ata bilən, süni intellektlə təchiz olunan qurğunun Belçikanın FN MAG pulemyotu ilə birlikdə ağırlığı 1 tona yaxındır.

MOSSAD əməkdaşları onu İrana hissə-hissə apararaq orada quraşdırıblar.

Daha sonra pulemyot dəlilləri yox etmək üçün partlayıcı ilə dolu olan pikapa yerləşdirilib. Fəxrizadənin olduğu "Nissan Teana" avtomobili yaxınlaşan zaman uzaqdan idarə olunaraq pulemyot atəş açıb.

Qeyd edək ki, Möhsün Fəxrizadə 2020-ci il noyabrın 27-də Tehran yaxınlığında öldürülmüşdü.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.