Dünya

Türkiyə İranla sərhədini 7 tonluq sədlərlə qapadır - SƏBƏB - FOTO

30 Avqust 2021 16:12
1 Şərh     Baxış: 1 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Van bölgəsinin Çaldıran əyalətindən başlayaraq Ağrının Doğubayazıt və Hakkarinin Yüksekova xəttinə qədər uzanan İranla sərhədə modul divar və ağıllı qüllə sədləri çəkir. 

Milli.Az unikal.org-a istinadən bildirir ki, qanunsuz keçidlərin qarşısını almaq üçün Yüksekova mahalının İranla sərhəd xəttində yerləşən 43 kilometrlik ərazi beton divarla qapadılıb. 

Bildirilib ki, hazırda 560 kilometrlik modul divar və ağıllı qüllələrin tikilməsi işləri davam edir.

Qeyd edək ki, beton zavodlarında istehsal olunan divarların hündürlüyü 3 metr, eni 80 santimetr və hər birinin çəkisi 7 tondur. 

Əlavə olaraq, ərazi 24 saat ərzində ciddi nəzarət altında saxlanılır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.