Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 140 yoluxma halı qeydə alınıb.
Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 232 297-yə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 3 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 653 nəfərə çatıb.
Milli.Az