Ermənistanda COVID-19-a yoluxanların sayı 232297-yə çatıb

9 Avqust 2021 14:10

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 140 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 232 297-yə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 3 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 653 nəfərə çatıb.

Milli.Az