Dünya

Qarabağda erməni əsgər öldü

27 İyul 2021 12:38
Baxış: 1 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində erməni əsgər ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Sputnik Ermənistan" yayıb. Bildirilir ki, 19 yaşlı erməni əsgər Sarkis Qriqoryan Qarabağın şimalında hərbi hissələrin birində güllə yarası alıb. O, aldığı yaradan dünyasını dəyişib.

Məlumata əsasən, insident iyulun 26-sı saat 22:26 radələrində qeyri-müəyyən şəraitdə baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ermənistan hələ də Qarabağdakı qanunsuz hərbi birləşmələri ərazidən tam çıxarmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.