Dünya

İspaniyada minlərlə insan işıqsız qalıb

24 İyul 2021 23:17
0 Şərh     Baxış: 1 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyada minlərlə insan krallığı Fransa ilə birləşdirən yüksəkgərginlikli elektrik xəttinin kəsilməsi səbəbindən işıqsız qalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, problem Əndəlüs, Araqon, Kataloniya, Madrid və Navarada müşahidə olunur. "Red Electrica" şirkətinin "Twitter" səhifəsində verən açıqlamaya görə, "dəniz təyyarəsi ilə bağlı hadisə Fransanın yüksəkgərginlikli şəbəkəsində problem yaradıb ki, bu da yarımadanın Avropanın qalan hissəsindən müvəqqəti olaraq ayrılmasına səbəb olub".

"Problem artıq həll edilib, ölkəmizdə şəbəkələrarası birləşmə və zədələnmiş enerji təchizatı dəyişdirilib", - deyə şirkətin açıqlamasında qeyd olunub.

"Lusa" agentliyinin yazdığına görə, həmçinin Portuqaliya da elektrik enerjisi təchizatı ilə bağlı problem müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.