Dünya

MOSSAD-a yeni şef təyin edildi

25 May 2021 11:44
Baxış: 1 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Baş naziri Benyamin Netanyahu MOSSAD xarici kəşfiyyat xidmətinə David Barneanı rəhbər təyin edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb. Məlumata görə, 56 yaşlı Barnea bu vəzifədə Yosi Koeni əvəz edəcək. Koenin rəsmən istefaya 1 iyunda gedəcəyi vurğulanıb.

Qeyd edək ki, Barnea İsrail Baş Qərargahında kəşfiyyat alayının döyüşçüsü olaraq xidmətə başlayıb. O, MOSSAD-a 1996-cı ildə qəbul edilib, İsrailin xaricdəki operativ bölmələrinin komandiri olub.

2019-cu ildən o, MOSSAD sədrinin müavini vəzifəsini icra edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.