Dünya

Rusiya vaksinlə bağlı Yaponiyadan cavab gözləyir

22 May 2021 14:06
Baxış: 63 273
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya "Sputnik V" peyvəndinin ixracı və yerli istehsalı üçün Yaponiyanın cavabını gözləyir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Tokiodakı səfiri Mixail Qaluzin məlumat verib. O, Rusiyanın koronavirusa qarşı hazırladığı vaksinin ixracı və istehsalına hazır olduğunu söyləyib.

Rus səfir ölkəsinin peyvənd tədarükü üçün Yaponiyaya əvvəlki təklifini xatırladaraq "Yaponiya ilə "Sputnik V" peyvəndi mövzusunda əməkdaşlıq etməyə hazırıq", - deyə vurğulayıb.

Qaluzin "Sputnik V" peyvəndinin 65 ölkədə istifadə üçün təsdiqləndiyini və Hindistan da daxil olmaqla bəzi ölkələrdə istehsal olunduğunu bildirib.

Diplomat vaksinin Yaponiyada istehsalı üçün hökumətdən cavab gözlədiklərini sözlərinə əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.