Dünya

"Tokio-2020"də idmançıların yerli əhali ilə təmasının ciddi şəkildə məhdudlaşdırılması planlaşdırılır

19 May 2021 21:10
Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Tokio Yay Olimpiya Oyunları zamanı idmançıların və nümayəndə heyətləri üzvlərinin yerli əhali ilə təmaslarını qadağan edən sərt tədbirlər görməyi planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Baş nazir Yoşihide Suqa parlamentdə çıxışı zamanı məlumat verib. O, həmçinin xarici ölkələrdən gələn idmançıları pulsuz peyvənd etmək niyyətində olduqlarını da vurğulayıb.

Xatırladaq ki, Tokio Yay Olimpiya və Paralimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışlar bir il təxirə salınıb. Olimpiya Oyunlarının cari il iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunlarının isə avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.