Dünya

Bu peyvənd mutasiyalara qarşı təsirlidir - Türk alim

14 May 2021 15:15
Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pfizer/BioNTech" peyvəndi mutasiya olunmuş koronavirusa qarşı da təsirlidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "BioNTech"in qurucusu, türkiyəli alim Uğur Şahin məşhur tibb jurnalı "New England Journal of Medicine"dəki məqaləsində yazıb.

"İnkişaf etdirdiyimiz vaksinin mutasiyaya uğramış B.1.17, Cənubi Afrikada tapılan B.1.351 və Braziliyada görülən P.1 variantına qarşı həssas olduğunu gördük. Yeni mutasiyaların peyvəndə qarşı həssas olub-olmadığını araşdırdıq. Bu məlumatlar bizə yeni ortaya çıxan B.1.526, B.1.429 və B.1.1.7 + E484K mutasiyalarının vaksinə qarşı həssas olduğunu və sürətli, yüksək təsirli və təsdiqlənmiş peyvəndlərlə kütləvi vaksinləşmənin COVİD-19-un sona çatmasında böyük əhəmiyyət daşıdığını göstərir", - deyə Şahin yazıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.