Dünya

Çin vaksini 2-3 ilə satışa çıxacaq - 6 aylıq körpələr də istifadə edəcək

26 Aprel 2021 19:40
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Honkonq Universiteti tərəfindən nazal aerozolu (buruna sprey vurulması) formasında hazırlanan koronavirusa qarşı vaskin yalnız iki-üç ildən sonra istehlakçılar üçün əlçatan olacaq.

Milli.Az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, preparat hələ ki klinik sınaqların ilk mərhələsindədir. "Sınaqlardan 10-dan çox adam iştirak edib. Bu vaksinin son dərəcə təhlükəsiz olduğunu görür və yaranan antikorların səviyyəsini izləyirik", - tədqiqat qrupunun üzvü, professor İvan Hunq Fan-nqay bildirib.

Bu vaksinin, hətta uşaqlar üçün istifadə edilməsinə də icazə veriləcəyi gözlənilir: çinli mütəxəssislər altı aylıq körpələr üçün belə uyğun olacaq məhsul hazırlamağa çalışırlar. Bundan əlavə, mövcud təsirsiz hala gətirilmiş inyeksiyalardan fərqli olaraq, bu vaksindən iki yox, bir doza qəbul etmək kafi olacaq.

Qəzetin yazdığına görə, belə preparatın ən ciddi yan təsiri qısamüddətli yüngül baş ağrısı və burnun dolması olacaq. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.